01 September 2023

XİN: Ermənistanın törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə bu ölkənin üzərinə düşür

Ermənistan tərəfindən ölkə daxilində gərgin siyasi-ictimai vəziyyətdən diqqəti yayındırmaq, habelə beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədilə törədilən bu kimi əməllər ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Prezident İlham Əliyev: Azərbaycan-Slovakiya əlaqələrinin dinamikası məmnunluq doğurur

Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək Azərbaycan ilə Slovakiya arasında əlaqələrin dinamikası məmnunluq doğurur. Ölkələrimizin fəal dialoqu bir sıra sahələrdə, xüsusilə də enerji sahəsində əməkdaşlığımızın yüksələn xətlə inkişaf etməsinə şərait yaradıb.

Prezident İlham Əliyev: Azərbaycanla Özbəkistanı əsl dostluq və qardaşlıq telləri birləşdirir

Azərbaycan ilə Özbəkistanı əsl dostluq və qardaşlıq telləri birləşdirir. Belə möhkəm təməllər əsasında qurulmuş ikitərəfli münasibətlərimizin və strateji tərəfdaşlığımızın ildən-ilə yüksələn xətlə inkişaf etməsi və konkret məzmunla zənginləşməsi bizi sevindirir.

“Azərbaycan Qarabağdakı erməni sakinlərə yardım üçün alternativ marşrut təklif edir” - Anadolu Agentliyi

Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən ərzaq yükünün ayrılması və bu yükün ünvana Ağdam-Xankəndi yolu ilə çatdırılmasının planlaşdırılması Anadolu Agentliyində işıqlandırılıb.

MSTİSLAV ROSTROPOVİÇ, TOFİQ ZEYNALOV, QUZU ƏSGƏR VƏ ...ŞUŞASIZLIQ...

Bir dəfə dünya şöhrətli musiqiçi, Rostropoviç “Şuşa” sanatoriyasında dincəlirmiş. Bir gün səhər tezdən Üzeyir bəyin ev muzeyini ziyarət etmək üçün qaldığı korpusdan çıxır. Üzü aşağı gələ-gələ 1-2 adamdan soruşur, gəlib Xan qızı Xurşidbanu Natəvanın evinin yanına çatanda Zeynalov Tofiqlə Quzu Əsgər çıxırlar bunun qabağına. Bu da nə bilsin, bunları nə tanıyır. Rostropoviç üzr istəyib bunlardan soruşur ki, bəs Üzeyir Hacıbəyovun ev muzeyinə necə getmək olar? Tofiq Zeynalov təmiz rus dilində deyir ki, gedək, biz göstərərik. Yavaş-yavaş, söhbət edə-edə gedirlər.