02 June 2023

Kanadanın Kalqari şəhərində Azərbaycan Bayrağı ucaldılıb

Kanadanın Kalqari şəhər meriyasının önündə 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə üçrəngli bayrağımızın qaldırılma mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti”nin (ALACS) və “Azeri Calgary Stars”ın birgə təşkilatçılığı ilə baş tutan mərasimdə soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Prezident: Biz dost ölkə və etibarlı strateji tərəfdaşımız olan İtaliya ilə əlaqələrimizin genişlənməsinə xüsusi əhəmiyyət veririk

İtaliya şirkətlərinin Azərbaycanda, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində fəal iştirakını təqdir edirik. Ölkənizi təmsil edən şirkətlər Qarabağ və Şərqi Zəngəzurda ən çox iş görən şirkətlər sırasındadırlar ki, bu da dövlətlərarası əlaqələrimizin səviyyəsindən xəbər verir.

Azərbaycan ÜTT-nin İcraiyyə Şurasına üzv seçilib

Mayın 31-də Bolqarıstan Respublikasının Sofiya şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) Avropa üzrə Komissiyasının 68-ci iclası öz işinə başlayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, iyunun 2-dək davam edəcək sözügedən iclas çərçivəsində iyunun 1-də ÜTT-nin İcraiyyə Şurasına seçkilər keçirilib.