Prezident İlham Əliyevin Moldovaya səfəri yerli KİV-də geniş işıqlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin Moldovaya səfəri, keçirdiyi görüşlər, “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirakı yerli KİV-də geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Moldovanın “Moldpres”, “Noi”, “Point”, “Tv8”, “Newmaker”, “Tribuna” “JurnalTV”, “Timpul” və digər informasiya agentlikləri, xəbər portallarında rumın və rus dillərində dərc edilən məqalələrdə Prezident İlham Əliyevin Moldovanın dövlət başçısı Maya Sandu, Baş naziri Dorin Reçan ilə görüşlərində müzakirə olunan məsələlərə geniş yer verilib.

Bundan başqa Kişineuda Azərbaycan, Ermənistan, Avropa İttifaqı Şurası, Almaniya və Fransa liderlərinin qeyri-rəsmi görüşü də Moldova KİV-lərinin diqqət mərkəzində olub.

Moldova KİV-lərində dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Moldovaya səfəri yüksək qiymətləndirilib.

 
Emil Hüseynli
Xudaferin.eu


 

15:42