17 January 2023

Azərbaycan Prezidentinin Əbu-Dabidəki çıxışı Türkiyə mediasında geniş işıqlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, Anadolu Agentliyi, “TRT Haber” telekanalı və digər media qurumları Türkiyə ictimaiyyətini mövzu ətrafında geniş məlumatlandırıblar.

Azərbaycan daşıdığı yüksək dəyərləri Prezident İlham Əliyevin sayəsində qlobal müstəviyə çıxarır - RƏY

Birləşmiş Ərəb Əmirlikləri iqtisadi potensialına görə, təkcə Ərəbistan yarımadasının deyil, bütövlükdə Yaxın Şərqin lider dövlətlərindəndir. BƏƏ-nin Ümumdaxili Məhsulun (ÜDM) həcminə görə dünya dövlətləri arasında yeddinci yerdə olması, iqtisadiyyatının sürətlə böyüməsi, dünyanın ən önəmli biznes mərkəzlərindən biri kimi qlobal iqtisadi proseslərdəki rolunun getdikcə daha da güclənməsi, bu ölkənin beynəlxalq iqtisadi-siyasi proseslərdəki rolunu daha da artırır.

Aksiyanın 37-ci günü: Etirazçıların qətiyyəti də tələbkarlıqları kimi sərtdir

Azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 37 gündür yüksək vətənpərvərlik əhval-ruhiyyəsində davam edir.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, aksiya iştirakçıları Qarabağda yerləşən faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına yox deyir, tələblərin dərhal yerinə yetirilməsini istəyirlər.

Nə yaxşı ki, dünyada belə insanlar da var…

Onu siz də tanıyırsınız…

Xaqani Şirvani gözəl deyib:- “Nə pis adamlardan yaxşılıq gözlə, nə də yaxşı adamlardan pislik.” Bəli, yaxşılıq içdən gəlir, onu təcrübəylə və ya təqlid etməklə qazanmaq olmur. Dünya yaranandan milyardlarla insan gəlib-gedib, amma nə pislik tükənib, nə də yaxşılıq. Onun da taleyinə yaxşılıq düşüb. Bəlkə də bu xislət ona dünyaya gəldiyi Laçın rayonunun təmiz havasından, ya da ki, dağ çeşmələrindən içdiyi saf sulardan keçib, bilmirəm. Amma bir şeyi dəqiq bilirəm ki, o, yaxşı əməllər üçün doğulub…