19 November 2022

Tunisdəki Frankofoniya sammitində erməni kakofoniyası

Bu gün Tunisin Cəbrə adasında Beynəlxalq Frankofoniya Təşkilatının 50 illik yubiley sammiti keçirilir. Fransızdilli ölkə olmamasına rəğmən yalnız Parisin himayəsinə sığınmaq məqsədilə bu amorf təşkilatda təmsil olunan və sədrlik edən Ermənistanın sədrliyi Tunisə təhvil verdiyi bu tədbirdə ermənilərin çıxışları əsl kakofoniyanı (qədim yunancadan tərcüməsi “eybəcər səslər” deməkdir) xatırladır.

Milli Məclis sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Kambocaya səfər edəcək

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti noyabrın 20-də Kamboca Krallığına səfər edəcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Ramin Məmmədov, Elnur Allahverdiyev və digər rəsmi şəxslər daxildirlər.
Rəsmi səfər çərçivəsində nümayəndə heyəti Kamboca Krallığının parlamentində olacaq. Burada keçirilən görüşlərdə parlamentlərarası və ikitərəfli əlaqələrin bugünkü, gələcək perspektivləri barədə fikir mübadiləsi aparılacaq.