03 September 2022

Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi sabitliyin banisidir

Bu gün Azərbaycan güclü və çiçəklənən dövlətdir, bir çox dünya ölkələrinin sabit və bərabərhüquqlu tərəfdaşıdır, regionun lideridir. Lakin bir çox cəhətdən xarici siyasətin perspektivlərini əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili sabitlik müəyyən edir. O, həyatını Azərbaycan xalqının mənafeyi uğrunda mübarizəyə həsr etmiş, zəngin təcrübəsinə arxalanaraq ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmişdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri YAP Gənclər Birliyinin üzvü Anastasiya Lavrina söyləyib.

Azərbaycan Prezidenti: Biz hər bir qonşumuzla ədalətli və səmimi davranırıq, heç vaxt vədimizi pozmuruq

Bizim hər bir qonşu ilə xüsusi ikitərəfli əməkdaşlıq gündəliyimiz var və bu gündəlik bütün qonşularla fərqlidir. Biz hər bir qonşumuzla ədalətli və səmimi davranırıq, heç vaxt vədimizi pozmuruq. Əgər nəyisə deyiriksə, qonşularımız əmin olurlar ki, biz onu edəcəyik. Bizim sözümüzün imzamız qədər qüvvəsi var. Ona görə də bu çətin vəziyyətdə biz nə Rusiyadan, nə də İrandan mövqeyimizlə bağlı hər hansı mesaj almamışıq.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində səsləndirib.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 19 dəfə atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bunlardan 16-sı Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqla baş verib.

XİN: Ermənistan Təhlükəsizlik Şurasının katibinin Xankəndiyə qanunsuz səfəri Ermənistan tərəfinin növbəti təxribatıdır

Sentyabrın 2-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər etməsi Ermənistan tərəfinin növbəti təxribatıdır və iki dövlət arasında münasibətlərin normallaşması cəhdlərinə xələl gətirir.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin şərhində bildirilib.

İqor Korotçenko: Qarabağ erməniləri siyahıya alınmalıdır

Qarabağda yaşayan ermənilərin siyahıya alınması vacib məsələdir.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, rusiyalı ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bu barədə özünün sosial şəbəkə hesabında yazıb.
Onun fikrincə, Qarabağ erməniləri onların dəqiq sayını və statusunu (yerli və ya gəlmə olmaları), eləcə də Ermənistan vətəndaşlığından imtina edib, Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olub-olmadıqlarını dəqiqləşdirmək üçün siyahıya alınmalıdırlar.