11 August 2022

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Qo Minin təşəbbüsü ilə avqustun 11-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında səfirlə YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov arasında görüş keçirilib.
Partiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub, Azərbaycan ilə Çin arasında siyasi, iqtisadi, humanitar sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.

Bu gün Xocavənd rayonunda Ermənistana məxsus “Mİ-8” helikopterinin qalıqları aşkarlanıb

Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.

RF XİN: Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır

2020-ci il 9 (10) noyabr tarixli üçtərəfli Bəyanatda Qarabağ ilə Ermənistanı birləşdirən yeni yol salınması nəzərdə tutulur.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev bunu Moskvada keçirilən brifinqdə söyləyib.

Ərəb mətbuatı: Prezident İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində dünyada qütbləşməni azaltmaq səylərini gücləndirməyə çağırıb

Əlcəzairin rəsmi APS agentliyi, “Əxbar əl Yom”, “Şuruq”, “Əl Hərir”, Misirin “Yom7”, “Mobtada”, “Dar Əl Marif” və digər mətbu orqanlarında “Prezident İlham Əliyev Əlcəzairin xarici işlər naziri ilə görüşündə Qoşulmama Hərəkatı çərçivəsində dünyada qütbləşməni azaltmaq səylərini gücləndirməyə çağırıb” sərlövhəli yazı dərc olunub.

İSMAYIL MƏRCANLI İMANZADƏ

Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. Rayonun işğalından sonra məcburi köçkün kimi Mingəçevir şəhərində məskunlaşıb. Otuza yaxın kitabı nəşr olunub. Xeyli sayda (47) şeirinə tanınmış bəstəkarlar tərəfindən mahnı bəstələnib. Uşaqlar üçün yazdığı şeirlərin bir qismi orta məktəb dərsliklərində və uşaq baxçaları üçün nəzərdə tutulan müntəxəbat və uşaq antalogiyasında yer alıb. 1999-cu ilin oktyabr ayında yaradılan Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədridir.

ŞƏHİDLİYİN ZƏFƏR NƏĞMƏSİ