19 May 2022

Hüseyn Əmir Abdullahian: Qarşılıqlı səfərlərin intensiv xarakter daşıması İran ilə Azərbaycan arasında münasibətlərin inkişafını göstərir

Qarşılıqlı səfərlərin intensiv xarakter daşıması İran ilə Azərbaycan arasında münasibətlərin inkişafını göstərir.
Xudaferin.eu AZƏRTAC- a istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə görüşündə deyib. O bildirib ki, yüksək dövlət nümayəndələrinin qarşılıqlı səfərləri hər iki ölkə prezidentinin əlaqələrin inkişaf etməsində maraqlı olduqlarını göstərir.

Gürcüstan KİV-ləri Azərbaycan Prezidentinin litvalı həmkarı ilə görüşdə səsləndirdiyi fikirlərə geniş yer verib

Gürcüstanın aparıcı kütləvi informasiya vasitələri (KİV) Azərbaycanın Prezidenti İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşlərindən sonra mətbuata bəyanatında söylədiyi fikirləri geniş işıqlandırıb.
Xudaferin.eu AZƏRTAC-a istinadexəbər verir ki, kavkasia.net, gaxa.ge, aktual.ge, interpress.ge və 24news.ge informasiya portallarında bir sıra materiallar dərc olunub.

Azərbaycanla İran arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfəri çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyin Əmir Abdollahian ilə də görüşüb.

Azərbaycanla İsveç arasında ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycanla İsveç arasında diplomatik münasibətlərinin 30 illiyi münasibətilə Stokholmda səfərdə olan xarici işlər nazirinin müavini Fariz Rzayev Krallığın xarici işlər naziri Ann Linde ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, konstruktiv şəkildə baş tutan görüşdə Azərbaycanla İsveç arasında ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Rauf Əliyev
Xudaferin.eu