O SADƏLİYİN VƏ SƏMİMİLİYIN RƏMZİ İDİ...
Azərbaycan-sovet dövlət və siyasi xadimi, SSRİ diplomatı, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü birinci katibi (1988–1990), SSRİ-nin Nepalda və Pakistanda fövqəladə və səlahiyyətli səfiri Əbdürrəhman Xəlil oğlu Vəzirov Moskvada 92 yaşında vəfat etmişdi.
Əslən Şuşalı olan Əbdürrəhman Vəzirov, Qarabağın son xanının baş vəziri Mirzə Camal Cavanşir Qarabağinin nəslindəndir. Soyadının Vəzirov olması da buradan qaynaqlanır.