02 November 2021

Pakistanda Vətən müharibəsinin ildönümünə həsr olunan mətbuat konfransı keçirilib

Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin KİV nümayəndələri üçün Vətən müharibəsinin ildönümünə həsr olunan mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransından əvvəl KİV nümayəndələri səfirliyin binası qarşısında Vətən müharibəsi şəhidlərinin şərəfinə yaradılan guşəni ziyarət ediblər.