17 September 2021

Əlcəzair portalı İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyətinin Şuşaya səfərindən yazıb

Əlcəzairin “Əl Hərir” portalı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin dəvəti ilə ölkəmizə gələn İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərə faktaraşdırıcı səfərləri barədə AZƏRTAC-ın xəbərini yayıb.

XİN rəsmisi: 30 illik işğal dövründə azərbaycanlıların hüquqlarının pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcəyik

Azərbaycan Ermənistanı irqi ayrı-seçkiliyin ləğv edilməsi haqqında Konvensiyanı pozmasına görə məsuliyyətə cəlb edəcək.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov özünün tviter səhifəsində yazıb.