Rusiya FHN sabahdan Ağdamın 100 ha ərazisinin minadan təmizlənməsi əməliyyatına başlayacaq
Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 nəfərlik xüsusi qrupu və texnikası Azərbaycana gəlib. Həmin əməkdaşlar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi əməliyyatlarında iştirak edəcəklər.
APA-nın Gəncə bürosunun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə hallar nazirinin müavini, general-leytenant Raqim Lətifov deyib.