22 May 2018

Merkel Soçidə: geosiyasi alternativ axtarışı?

Almaniyanın Kansleri Angela Merkel Soçidə Vladimir Putinlə görüşüb. Kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara əsasən demək olar ki, tərəflər qlobal siyasətin aktual məsələlərini müzakirə ediblər. Bu zaman onlar siyasi, geosiyasi və təhlükəsizlik aspektləri ilə yanaşı, iqtisadi sferaya da diqqət yetiriblər. Merkel-Putin danışıqlarının detalları barədə geniş məlumat verilməsə də, aydın olur iki, iki böyük geosiyasi güc dünyada baş verən hadisələrə təsir etmək niyyətindədirlər. Rusiya onsuz da müxtəlif regionlarda fəaldır. Almaniya da son illər aktivliyini xeyli artırıb.

Tokio İran problemi ilə əlaqədar London və Amsterdamla əməkdaşlıq edəcək

Yaponiya, Böyük Britaniya və Niderlandın xarici işlər nazirləri İranın nüvə proqramı ilə əlaqədar regionda vəziyyətin sabitləşməsi məqsədilə sıx əməkdaşlıq edəcəklərini bildiriblər.

Xudaferin.eu AZƏRTAC-a istinadən bildirir ki, nazir Taro Kono niderlandlı həmkarı Stef Blok və Böyük Britaniyanın xarici işlər naziri Boris Conson ilə Buenos-Ayresdə keçirilən G20 sammiti çərçivəsində görüşüb. Tərəflər İranın nüvə razılaşması ilə əlaqədar qarşılıqlı fikir mübadiləsi apararaq regionda vəziyyətin sabitləşməsi üçün sıx əməkdaşlıq barədə razılığa gəliblər.

Bolqarıstan prezidenti ölkəsinə Rusiyadan birbaşa qaz kəməri çəkilməsini təklif edib

Bolqarıstan Qara dəniz üzərindən Rusiya qazının birbaşa nəql edilməsinə maraqlıdır.

Xudaferin.eu xəbər verir ki, bu barədə Bolqarıstan prezidenti Rumen Radev Rusiyanın “Kommersant” qəzetinə verdiyi müsahibədə bildirib.

O, bunun ölkəsinin və ümumiyyətlə, Avropa İttifaqının enerji təhlükəsizliyi baxımından mühüm addım olacağını və yeni kəmərin “Bolqar axını” adını daşıya biləcəyini qeyd edib.

Ölkə başçısı Bolqarıstanın bu istəyini Almaniyanın “Şimal Axını-2” qaz kəmərinin çəkilməsi niyyətindən fərqlənmədiyini diqqətə çatdırıb.

Gürcüstanın Müstəqillik Günü ilə bağlı yubiley tədbirində altı ölkənin prezidenti iştirak edəcək

26 may - Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyində 6 ölkənin prezidenti, 20 ölkənin yüksək vəzifəli şəxsləri, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker iştirak edəcək.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Prezident Administrasiyası məlumat yayıb.

Əfqanıstanda “Taliban”la döyüşlərdə 20-yə yaxın hərbçi öldürülüb

Əfqanıstanın mərkəzində yerləşən Qəzni vilayətində “Taliban” hərəkatı ilə döyüşlərdə təhlükəsizlik qüvvələrinin 20-yə yaxın əməkdaşı həlak olub.

Xudaferin.eu xəbər verir ki, 1TV telekanalının yaydığı məlumata görə, “Taliban” hərəkatının döyüşçüləri vilayətinin bir neçə rayonunda miqyaslı hücumlara başlayıb. Vilayət administrasiyasının nümayəndəsi Nasir Əhməd Fəqir bildirib ki, həlak olanlar arasında rayonların birinin polis rəisi və ehtiyat hissənin komandiri də var. Taliblər Caqhatu rayonunda polisin mənzil-qərargahını ələ keçirib və partladıb.

Tbilisidə mədəni müxtəlifliyə həsr olunan tədbirdə Azərbaycan musiqisi səslənib

Mayın 21-də Gürcüstanda Ümumdünya Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik Günü qeyd olunub.

Xudaferin.eu xəbər verir ki, tədbirdə Gürcüstanın barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili, mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Georqadze çıxış edərək Ümumdünya Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik Gününün sülh və həmrəylik kimi mühüm dəyərlərin əhəmiyyətinin qeyd olunması üçün elan olunduğunu vurğulayıblar. Bildirilib ki, sülh və həmrəylik yalnız müxtəlifliyimizi qəbul etmək və hörmət etmək yolu ilə əldə oluna bilər.

VIII Beynəlxalq Şairlər Günü qeyd ediləcək

Azərbaycan Yazıçılar Birliyi (AYB) və Gənc Şairlər Birliyinin təşkilatçılığı, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi, Türkdilli Ölkələrin Parlament Assambleyası, Mədəniyyət Nazirliyi, Milli Kitabxana, TİKA, “Azərkitab” Kitab Təbliğatı Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyilə may-iyun aylarında VIII Beynəlxalq Şairlər Günü qeyd olunacaq.

Binəqədidə kafedə partlayış nəticəsində ölənlərin kimliyi məlum olub

Mayın 21-də günorta saatlarında paytaxtın Binəqədi rayonunda Əhməd Rəcəbli küçəsi - 304 ünvanındakı kafedə baş verən partlayış nəticəsində ölənlərin kimliyi məlum olub.

Xudaferin.eu Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı yanmış meyitləri tapılmış şəxslərin 1969-cu il təvəllüdlü İbrahimova Gülənaz Rəhim qızı və 1963-cü il təvəllüdlü Saatov Söhrab Yusif oğlu olduğu məlum olub.