Əfqanıstanda “Taliban”la döyüşlərdə 20-yə yaxın hərbçi öldürülüb
Əfqanıstanın mərkəzində yerləşən Qəzni vilayətində “Taliban” hərəkatı ilə döyüşlərdə təhlükəsizlik qüvvələrinin 20-yə yaxın əməkdaşı həlak olub.
Xudaferin.eu xəbər verir ki, 1TV telekanalının yaydığı məlumata görə, “Taliban” hərəkatının döyüşçüləri vilayətinin bir neçə rayonunda miqyaslı hücumlara başlayıb. Vilayət administrasiyasının nümayəndəsi Nasir Əhməd Fəqir bildirib ki, həlak olanlar arasında rayonların birinin polis rəisi və ehtiyat hissənin komandiri də var. Taliblər Caqhatu rayonunda polisin mənzil-qərargahını ələ keçirib və partladıb.
Qeyd edək ki, 2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son vaxtlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.

13:57
Digər xəbərlər