Türkiyədə fəaliyyət göstərən tanınmış azərbaycanlı jurnalist Nigar Ögeday şəxsi facebook səhifəsində Arakanda baş verənlərdən danışaraq, diqqəti Kərkükdən uzaqlaşdıranlara etiraz olaraq bir bəyanat verdi.
Nigar xanım facebook səhifəsində canlı yayımda çıxış edərək Kərkükün əldən getdiyini, orada Barzaninin Amerikanında dəstəyi ilə qondarma referendum keçirib, ulu Türk yurdu Kərkükün ərazilərini "Kürdüstan"a qatmaq fikirləri olduğunu açıq şəkildə bildirərək buna qarşı çıxdı. Nigar Ögeday “Kərkük harayı” deyilən və “Kərkük Türkdür, Türk qalacaq” deyə paylaşdığı bu video Kərkükdə gündəm oldu. Demək olar ki, Kərkükdə hər evdə onun bu çıxışını izlədilər və iki gün ərzində bir milyon yüz min insanın izlədiyi bu video Kərkükdə bir oyanış oldu. Zülfüqar Kərküklünün açıqlamasında və Türkeli Tv də gedən xəbərlərdə də bu videoya çox geniş yer verilib və hansı kərküklünün səhifəsinə girsəniz görərsiniz ki, video yüklənilib, paylaşılıb. Paylaşımların altında yazılan şərhlərdəndə bəlli olur ki, Kərkük insanı itmiş ümidini bu çıxışla geri alıb. Hətta bununla bağlı Nigar xanımla əlaqə saxladıq. O, bu gün Kərkük cəbhəsinin liderlərindən olan, XXI əsrin Atatürkü adlandırdığı Ərşad Salihinin ona özəl olaraq təşəkkür etdiyini bildirib.
Bundan başqa bütün Kərkük komandirlərinin, aydınlarının, ziyalılarının durmadan ona zəng edib, bu çıxışına görə ona çox sağ ol dediklərini söyləyərək bunu, əsla hansısa bir “sağ ol” almaq üçün etmədiyini, sadəcə bir Türkmən yurdunun gələcəyinin İrəvan, Qarabağ ya da başqa işğal edilmiş Türk yurdları kimi olmasını istəmədiyini, atalarının ruhunun haray çəkdiyini söylədi bizə. Bildirdi ki, “Mən bunun üçün kimsədən “sağ ol” gözləmirəm və hesab edirəm ki, hər bir Türk bunu edərdi. Mənim kimi minlərlə, milyonlarla Türk var ki, Kərkük üçün mübarizə aparır”.
Həmçinin, Nigar Ögeday bildirdi ki: “Bu gün danışırıq, lazım olarsa əlimizdə silah gedib orda döyüşəcəyik. Kərkük gedərsə Qarabağdan da, Cənubi Azərbaycandan da ümidimizi kəsəcəyik. Çünki Kərkük “Orta Şərqin qalasıdır” və XXI əsrin Çanaqqalası olmalıdır və olacaq! Orada Türklər zəfər qazanacaq! Mən buna əminəm. Bütün Kərküklü bacı və qardaşlarımızada deyirəm ki, yanınızdayam. Qələmimlə, ruhumla və lazım olarsa silahımla yanınızdayam. Bu gün mənə çox insan zəng edib, getdiyin məkanlarda özünü etiketləmə, sənə PKK, Barzani tərəfdarları, Peşmərgənin saytlarında da bu videonu yerləşdirib, altındada çox iyrənc şeylər yazdıqlarını bildirdilər. Bu şeylər məni əsla qorxutmaz. Bir dəfə doğulan, bir dəfə də öləcək. Alın yazım nədirsə o da olacaq. Mən millətim, dövlətim üçün öləcəm deyə, millətimin, dövlətimin problemini qaldırmamaq kimi bir qorxu hissini içimdə daşımıram.Hər kəsin bir əcəli var. Bu yolda ölmək var, dönmək yoxdur!”
Azərbaycanlı jurnalist Kərkükü ayağa qaldırdı

Arzu Qocayev
Karabakh Today
10:49
Digər xəbərlər