Azərbaycan XİN başçısı İrana səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 9 dekabrda İranın paytaxtı Tehran şəhərinə səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında bildirib.

O qeyd edib ki, C. Bayramov səfər çərçivəsində İran Prezidenti Həsən Ruhani, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşəcək.
Xudaferin.eu

12:50