AŞPA-nın payız sessiyası işə başlayıb

Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası siyasi qrupların iclası ilə başlayıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, parlamentin komitə sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti AŞPA-nın payız sessiyasında iştirak edirlər.

AŞPA-nın prezidenti payız sessiyasını açaraq, bu gün Ukraynanın bəzi şəhərlərinin bombalanmasını pisləyib və Ukrayna müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AŞPA-nın payız sessiyasının ilk günündə Assambleyanın vitse-prezidenti seçiləcək, Komitə üzvlərinin dəyişilməsi nəzərdən keçiriləcək, payız sessiyasının gündəliyi təsdiqlənəcək. Sessiya təcili cari məsələlərin müzakirəsi ilə davam edəcək. AŞPA-nın Büro və Daimi komitələrinin işi haqqında hesabat dinləniləcək.

Günün ikinci yarısında sessiyada İsveçrə Konfederasiyasının Prezidenti İqnazio Kassisin çıxış edəcək və parlamentarilərin suallarını cavablandıracaq. Sessiya işini cari məsələlərin müzakirəsi ilə davam etdirəcək.

Şəhla Ağalarova

Xudaferin.eu


 

15:10