Ağstafada 25 mərmi tapılıb

Bu gün saat 13:21-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 13:41-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu Ceyrançöl qış otlaq sahəsinin 1-ci sovxoz adlanan ərazisində 25-30 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

 

ANAMA-dan APA-ya verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal əraziyə göndərilib.  

 

Otlaq sahəsinə baxış keçirilib, 26 ədəd partlamamış hərbi sursat (1 ədəd 100 mm-lik top mərmisi (3BK-5M), 19 ədəd 125 mm-lik top mərmisi (OF-26), 1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1), 1 ədəd 125 mm-lik top mərmisi (BK-14M), 1 ədəd 130 mm-lik top mərmisi (OF-482), 1 ədəd 152 mm-lik top mərmisi (BP-540), 1 ədəd 9M22U raketinin başlıq hissəsi və 1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832)) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

 

xudaferin.eu

17:12