ABŞ Rusiyanın S-400 sistemlərini alan bütün ölkələrə qarşı sanksiyalar tətbiq etməyə hazırdır.
Xudaferin.eu xəbər verir ki, bu fikirləri mətbuat konfransında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xizer Noyert deyib.
Onun sözlərinə görə, S-400 sistemləri NATO ölkələrinin istifadə etdiyi sistemlərlə uyğunsuzluq təşkil edir.
“Bütün dünyaya göstərdik ki, ABŞ tərəfindən tətbiq edilən sanksiyalar nəyə səbəb ola bilər”, - Noyert qeyd edib.
Xatırladaq ki, iyulun 25-də ABŞ Konqresi rəsmi olaraq Türkiyəyə F-35 qırıcılarının satılmasını qadağan edib. Buna səbəb kimi Ankaranın Rusiya zenit kompleksi olan S-400 raketlərini əldə etməsidir.
Moskva ilə Ankara arasında S-400 sistemləri ilə bağlı razılaşma 2017-ci ilin sentyabrında imzalanıb.
ABŞ bütün dünyanı sanksiya ilə hədələdi

Xudaferin.eu
14:38
Digər xəbərlər