Zənganda Türk dilində təhsilə başlanıldı

Güney Azərbaycanın Zəngan vilayətinin valiliyi, yerli özünü idarəetmə şəbəkələri, bununla yanaşı, aydınlar və tələbə hərəkatı bölgədə Türk dilində tədris olunma düzəni adına birlikdə qərar vermişlər. Beləliklə də “İranda farslara min ilin zərbəsi - Zəncan türk dilinə keçdi” deyimi gündəmi qarışdırıb.

Zəngandan “XUDAFERİN.EU”-ya verilən açıqlamalara görə, 1925-ci ildən üzü bu yana hakimiyyətə gəlmiş Rza Pəhləvi və sonradan ölkəni uzun müddət idarə etmiş onun oğlu Məhəmmədrza Pəhləvi, 1978-ci il “23 Bəhmən İnqilabı”ndan üzü bu yana Türk dilində tədris yasaq edilmişdir. Türk dilində sonuncu tədris siyasəti 21 Azər İnqilabından sonra yaranmış Güney Azərbaycan Milli Hökuməti (19945-1946-cı illər) dönəmində olmuşdur. Zəngandan aldığımız bilgiyə görə, vilayətin bütün bölgələrindəki orta okullarda Türk dili rəsmi səviyyədə tədris olunacaqdır.

Xudaferin.eu

16:46