Əziz Ələkbərli: İrəvan qalası I Şah İsmayılın tapşırığı ilə salınıb

Biz Qərbi Azərbaycan İcması olaraq torpaqlarımıza qayıtmaq üçün işlərə başlamışıq. Qərbi Azərbaycandakı bütün sərvətlərimizə sahib çıxmaq üçün işlər aparırıq. Orada bizim böyük sərkərdələrimiz yetişib. İrəvan tək Azərbaycanın yox, regionun tarixi şəhəri olub.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Əməkdar rəssam Rza Avşarla görüşdə söyləyib.

O qeyd edib ki, İrəvan qalası 1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayılın tapşırığı ilə vəziri Rəvanqulu xan tərəfindən Zəngi çayının sahilində, indiki İrəvan şəhərinin yerində inşa edilib. Səfəvilər dövlətinin sərhədlərini xarici basqınlardan qorumalı olan qala onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınıb. Sonralar Rəvan sözü dialektdə İrəvan kimi işlənib.

Xudaferin.eu

21:33