Zimbabvenin yeni prezidenti and içdi

Stadionda qonşu prezidentlərin xeyir-duası və mahnı sədası altında

Zimbabvedə 93 yaşlı prezidentin istefasından sonra Emerson Mnanqaqva yeni prezident kimi səlahiyyətlərinin icrasına başlayıb. Onun andiçmə mərasimi paytaxtın ən böyük stadionunda keçirilib. Mərasimdə qonşu ölkələrin- Mozambik, Zambiya və Botsvanın liderləri də iştirak edib. Stadiona minlərə sakin toplaşıb, onlar mərasim boyu qışqıraraq mahnı oxuyublar. Mnanqaqva həmvətənlərinin vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər görəcəyini vəd edib.

Qeyd edək ki, Mnanqaqva ölkənin 1980-cı ildə müstəqillik qazanmasından sonra sayca 3-cü prezidenti olacaq. O, bu vəzifədə 93 yaşlı Robert Muqabeni əvəzləyib. Muqabe ölkəni 30 ilə yaxın idarə edib. İndi onun yerini tutan Mnanqaqva əvvəllər ədliyyə, müdafiə naziri olub. Daha sonra vitse-prezident kürsüsünə yiyələnib və qısa müddət əvvəl vəzifəsindən kənarlaşdırılıb. Hərbçilərin müdaxiləsi ilə Muqabe istefa verdikdən sonra hakimiyyətə gəlib.

Xəzər

Cebhe.info

 

10:01