Zimbabvedə prezidentin istefasına dəstək marşı keçirilir
Noyabrın 18-də Zimbabvenin 93 yaşlı prezidenti və uzun illər bu dövlətdə diktatorluq etmiş Robert Muqabenin gözlənilən istefasını bayram edən minlərlə insan ölkənin paytaxtı Harare şəhərinin küçələrinə çıxıb.
Etirazçılar faktiki olaraq ölkənin bütün iri şəhərlərində mahnı və rəqslərlə müşayiət olunan nümayiş dinc şəraitdə davam etdiriblər. Bu ərəfədə hakim partiyanın regional komitələri də Muqabenin prezident postunu tərk etməsini dəstəklədikləri barədə fikirlər səsləndirib.
Xatırladaq ki, noyabrın 15-də hərbçilər ölkənin paytaxtı Hararedə televiziya mərkəzini və prezidentin iqamətgahını nəzarətə götürüblər. Şəhərin mərkəzinə zirehli texnika yeridilib. Muqabe CAR-dan olan həmkarı Ceykob Zumo ilə telefon danışığında təsdiqləyib ki, hərbçilər onu ev dustaqlığında saxlayırlar. Hazırda Hararedə sakitlikdir. Şəhərdə hərbi patrullar və zirehli maşınlar gözə dəyir, dövlət müəssisələrinin yaxınlığındakı küçələr bağlanıb.

Xudaferin.eu
"Orta Doğu Bürosu"
10:33
Digər xəbərlər