Zimbabvedə ABŞ səfirinə “özünü banan ağacından asmağı” məsləhət görüblər

Zimbabve hökuməti ölkədə fəaliyyət göstərən Amerika diplomatları barədə kəskin çıxış edib.

Xudaferin.eu-nun Trend-ə istinadən məlumatına görə, ABŞ səfirliyi Zimbabvedə insan haqlarının pozulmasından narahatlığını bildirərək, bu sahədə vəziyyətin dözülməz olduğunu qeyd edib.

Buna cavab olaraq, Zimbabve prezidentinin mətbuat katibi Corc Çaramba Amerika səfiri K.Harriyə belə məsləhət verib: 

“ABŞ səfiri düşünür ki, bizə rəhbərlik edə bilər. Getsin özünü banan ağacından assın”.

Xudaferin.eu

00:23