Zimbabve: müxalifət prezident Muqabeni istefaya çağırıb

 

Zimbabvenin sabiq baş naziri, müxalifət lideri Morqan Tsvanqirai prezident Robert Muqabenin ölkənin maraqları naminə istefa verməli olduğunu bildirib.

Tsvanqirai mətbuat konfransında deyib: “Robert Muqabe insanların maraqları naminə yubanmadan istefaya getməli və postunu tərk etməlidir”. Bundan əvvəl məlumat verilmişdi ki, hərbçilər ölkənin paytaxtı Hararedə televiziya mərkəzini və prezidentin iqamətgahını nəzarətə götürüblər. Şəhərin mərkəzinə zirehli texnika yeridilib. Muqabe CAR-dan olan həmkarı Ceykob Zumo ilə telefon danışığında təsdiqləyib ki, hərbçilər onu ev dustaqlığında saxlayırlar.

Bu hadisələr fonunda Robert Muqabenin istefa vermək istəmədiyi və səlahiyyət müddətinin sonunadək (2018-ci ilin avqustu) postunda qalmaqda israr etdiyi barədə xəbərlər yayılıb. Xatırladaq ki, 93 yaşlı Muqabe Zimbabvenin müstəqilliyinin elan olunduğu 1980-ci ildən ölkəyə rəhbərlik edir.

Xudaferin.eu

"Orta Doğu Bürosu"

 

09:42