ZAMAN ÖZÜ TÜRKLƏRİN XEYRİNƏ İŞLƏYİR ....

Dünya düzəni  dəyişir. Yeni  Dünya düzənini qurmaq üçün  böyük güclər arasında  [ ABŞ , RUSİYA, BÖYÜK BRİTANİYA , AVROPA BİRLİYİ , ƏRƏB  LİQASI VƏ  TÜRK DÖVLƏTLƏRİ ]  rəqabət və  savaş gedir.

YENİ DÜNYA DÜZƏNİNİ  KİM QURACAQ...?!
 ABŞ-da  Donald Tramp yenidən hakimiyyətə gəldikdən sonra 
185 ölkəyə ;  faktiki olaraq  bütün dünyaya qarşı ticarət müharibəsi başladıb. ABŞ-a ixrac edilən mallara  gömrük tariflərini 10 faizdən  49 faizə qədər  qaldırıb.
 Tədbiq  olunan 
gömrük faizlərinin miqdarı göstərir ki , Tramp administrasiyası ən böyük zərbəni   Çin , Avropa Birliyi , Pakistan, Banqladeş, Vyetnam və böyük güclərin "at oynatdığı" digər ölkələrə 
vurmaq istəyir.
Məlumdur ki,   Çin və Avropa birliyi BÖYÜK GÜCLƏR sırasındadır. 
Pakistan, Banqladeş və Vyetnam kimi  ölkələrdə çox sayda Çin və Avropa şirkəti fəaliyyət göstərir.
 Həmin şirkətlərin sayəsində  bu  ölkələrdən ABŞ-a böyük miqdarda mal ixrac edilir. 
 Nəticədə ABŞ rəqabətdə  Çinə və Avropa Birliyinə uduzur.
 Bunun qarşısını kəsmək üçün ABŞ bu ölkələrdən idxal edilən mallara gömrük faizini qaldırır.
 Proses davam etdiyi müddətdə 
bu dövlətlər  Trampın başlatdığı ticarət müharibəsindən  ziyan çəkəcək. 
  Müşahidələr göstərir ki , ABŞ TÜRK  DÖVLƏTLƏRİNƏ 
tətbiq olunan gömrük  faizlərini artırmayıb.
Maraqlı və düşündürücü sual yaranır, NİYƏ...?
 Məsələ burasındadır ki ,
Türk dövIətləri qədim ipək yolunun - "ORTA DƏHLİZ" MARŞURUTUNUN ÜZƏRİNDƏ YERLƏŞİR.
Orta dəhliz üzərindən isə Çindən  başlayaraq , Mərkəzi Asiya , Azərbaycan və Türkiyədən keçməklə Avropa  ölkələrinə və yaxud  əksinə  ticarət malları daşınır. Məhz bu səbəbdən  həm Çin həm də Avropa Birliyi  "Orta Dəhliz"-in yenidən  qurulmasına  böyük miqdarda investisiya yatırır.
 ABŞ höküməti başa düşür ki , Orta Dəhlizin fəaliyyətinə  mane olmaq nəticə etibarı ilə bütün dünya ticarət sistemini sarsıda bilər.
 Digər tərəfdən  Tram administrasiyası fizikanın  məşhur  " təsir əks təsirə bərabərdir" qanununu unudur.
 Dəqiq [ psixoloji və faktoroloji ]
 hesablama  aparmadan xarici  ölkələrdən  gələn mallara tətbiq olunan gömrük faizlərini  tədricən yox, qəfildən  artırılması 
ABŞ-ın özünə də böyük zərbə vuracaq.
 Artıq bu zərbənin təsirləri hiss olunur. Məsələn , İlon Maskın "Tesla" şirkətinin aksiyaları  birjalarda kəskin şəkildə ucuzlaşıb.
 Nəticədə ABŞ bir neçə gün içərisində  5--9  trilyon dollar 
zərər görüb.
Hazırda 37 trilyon dollar  xarici  borcu olan ABŞ ; daha  bir neçə  trilyon 
ziyana düşüb.
İndi böyük şirkətlər öz  kapitalını yatırmaq üçün daha sərfəli ölkələrə üz tutur.
Ən aşağı gömrük tarifi tətbiq edilən ölkələrlə əməkdaşlıq etməyə can atırlar.
Bu baxımdan Türk Dövlətlərinin "bəxti" gətirir.
Türkiyə mallarına 
 tətbiq edilən gömrük haqqı 10 faiz olduğu üçün dünyanın böyük şirkətləri öz təsərüfatlarını Türk Dövlətlərinin ərazisinə  köçürməkdə  maraqlı  görünürlər .
Digər tərəfdən məlumdur ki,  son illər Türkiyə texnoloji cəhətdən sürətlə  inkişaf edir.
 Müşahidələr göstərir ki , zaman özü Türk Dövlətlərinin xeyrinə işləyir.

Qəvami  Sadıqbəyli, Jurnalist-politoloq.

Xudaferin.eu

12:06