YUNESKO-da Azərbaycan bəstəkarının yubileyi qeyd olunacaq

 

Parisdə keçirilən YUNESKO-nın Baş Konfransının 39-cu sessiyası çərçivəsində qurumun 2018-2019-cu illər üzrə yubileylər siyahısı qəbul edilib.

YUNESKO-nun İcra Şurası tərəfindən təqdim edilən yubileylər siyahısına üzv ölkələrdən 48 təklif irəli sürülüb. Azərbaycan tərəfindən bu siyahıya dahi bəstəkar Qara Qarayevin anadan olmasının və Bakı Dövlət Universitetinin 100 illik yubileylərinin qeyd edilməsi təklif olunub. Baş Konfrans tərəfindən bu təkliflər qəbul olunub. Beləliklə, 2018-ci ildə bəstəkar Qara Qarayevin və 2019-cu ildə Bakı Dövlət Universitetinin YUNESKO-nun dəstəyi ilə Parisdə 100 illik yubileyləri qeyd ediləcək.

Xudaferin.eu

"Avropa Bürosu"

 

09:49