Yunanıstanda əmlak vergisi altı ildə 613 faiz artıb
Yunanıstanda əmlak sahiblərinin gəlirləri 2010-2016-cı illərdə 2,8 milyard avro azalıb. Bununla yanaşı, əmlak vergisindən xəzinəyə daxilolmaların illik həcmi 3,18 milyard avroya çatıb.
2010-cu ildə Yunanıstanda 1 milyon 694 min 684 vergiödəyicisinin daşınmaz əmlakdan gəlirləri 8,87 milyard avro məbləğində idisə, 6 ildən sonra əmlak sahiblərinin sayında təxminən 200 min azalma olmuş, bəyan edilən gəlirlərin məbləği isə 6,05 milyard avroya düşmüşdür. Bu faktlar bazarda böyük mənzil ehtiyatının olduğunu və daşınmaz əmlakın həm alqı-satqı, həm də kirayə qiymətinin ucuzlaşdığını göstərir.
2010-cu ildən 2016-cı ilədək olan dövr ərzində Yunanıstanda daşınmaz əmlak vergisi də 613 faiz artmışdır. Analitiklərin təxmininə görə, bu vəziyyət 2017-ci ildə də gərgin olaraq qalacaq. Çünki daşınmaz əmlakdan qazanılan 12 min avroyadək məbləğə tətbiq edilən vergi bu il 11 faizdən 15 faizə qaldırılıb.
Qeyd edək ki, Yunanıstan Avropada dotasiya ilə yaşayan ölkələr siyahısında ilk yerlərdən birini tutur. Bunun əsas səbəblərindən biri də, bu ölkənin gah Rusiya, gah da Avropa Birliyi ilə ortaq siyasət yürütməsidir. Yunanıstanın digər yalnışlıqlarından biri də ortodoks kilsəsinin ölkədə siyasi, iqtisadi və sosial sahələrdə daim üstün mövqelər əldə etmək iddiasıdır. Halbuki, bütün Avropa dövlətləri demokratik qanunlarla dini anlayışı rəsmi dövlət siyasətindən kənarda saxlayırlar.

Xudaferin.eu
“Avropa Bürosu”
10:47
Digər xəbərlər