Yunanıstanda Azərbaycanın yeni diaspor təşkilatı yaradıldı

 

"QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti noyabrın 9-da açılış mərasimini və Azərbaycanın Dövlət Bayrağı Gününü qeyd edib.

 

Mərasimdə Azərbaycanın Yunanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev, Türkiyənin Salonikdəki Baş konsulluğunun nümayəndələri, cəmiyyətin üzvləri, yunan icması, Salonik şəhərindəki digər diaspor təşkilatlarının sədrləri, turizm firmalarının və dövlət qurumlarının nümayəndələri olmaqla 70 nəfərədək iştirak edib.

Tədbirdə cəmiyyətin sədri Rəşid Məmmədov qonaqları salamladıqdan sonra cəmiyyətin yaradılması, gələcək fəaliyyəti və planları haqqında danışıb. Sonra açılış mərasimində çıxış edənlər təşkilatın rəhbərliyinə uğurlar arzulayaraq, ölkəmizin zəngin və qədim mədəni irsinin, tarixinin, turizm potensialının və Qarabağ həqiqətlərinin Yunanıstanda tanıdılması istiqamətində cəmiyyətin səmərəli fəaliyyət göstərəcəyinə ümidvar olduqlarının deyiblər.

Qeyd edək ki, Azərbaycan, rus, ingilis və yunan dillərində “qala2017.com” saytı da yaradılıb. Yunanıstanın Salonik şəhərində Azərbaycan diasporunun yaradılması həm də bu dövlətdə yaşayan Azərbaycan və Türkiyə türklərinin bir araya gəlməsi kimi möhtşəm

Bir anlamla qarşılanmışdır.
 

Xudaferin.eu

"Avropa Bürosu"

 

10:15