Yunanıstanda 500 milyard avronun vergidən gizlədildiyi üzə çıxıb

 

Yunanıstan Maliyyə Nazirliyinin işləyib hazırladığı yeni informasiya sistemi 2002-2014-cü illər ərzində 500 milyard avronun vergidən gizlədildiyini üzə çıxarıb.

Hökumətin rəsmi nümayəndəsi Dimitris Tzanakopulosun jurnalistlərə bildirdiyinə görə, məhz vergilərdən bu qədər böyük miqdarda yayınma Yunanıstanda dərin maliyyə böhranının səbəblərindən biridir. Təsadüfi deyil ki, 1996-2010-cu illər dövründə Yunanıstan Avropa İttifaqı üzrə xərclər nöqteyi-nəzərindən orta, vergi daxilolmaları baxımından isə ortadan aşağı göstəriciyə malik olub.

“Məhz bu səbəbdən yunan iqtisadiyyatında daim defisit yaranıb, məhz bu səbəbdən biz 1996-cı ildən 2010-cu ilədək borcumuzu ÜDM-ə nisbətdə azalda bilməmişik. Ümumi daxili məhsulun artımına baxmayaraq, Yunanıstan hökumətinin borcu həmişə yüksək olaraq qalıb”, - deyə Tzanakopulos qeyd edib. O bildirib ki, yunan iqtisadiyyatını 40 ildən çoxdur təzyiq altında saxlayan struktur zəifliyini aradan qaldırmaq hazırda hökumətin başlıca siyasi məqsədidir.

Xudaferin.eu

"Avropa Bürosu"

 

15:02