Yunanıstan demoqrafik problemlərlə üzləşə bilər

Yunanıstan parlamentinin xüsusi komitəsi ölkədə demoqrafik problemlər barədə məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, ölkə əhalisinin sayı 2050-ci ilə kimi 10,9 milyon nəfərdən 8,3 milyon nəfərə kimi azalacaq. Əgər əhalinin artımı ilə ölüm və miqrasiya arasındakı fərq hazırkı kimi davam edəcəksə, ölkə əhalisinin sayı kəskin azalacaq.

Eyni zamanda, qeyd olunub ki, 2015-ci ildə 65 yaşdan yuxarı əhali 21 faiz təşkil edirdisə, 2035-ci ildə bu rəqəm 7 faiz artaraq 28 faizə, 2050-ci ildə isə 33 faizə çatacaq. Narahatedici əsas amil 15-64 yaşlı əmək qabiliyyətli əhalinin 2015-ci ildə 7 milyondan 2050-ci ildə 5 milyona kimi azalmasının proqnozlaşdırılmasıdır.

Xudaferin.eu

17:06