Yevda Abramov: “Jurnalisti Lavrova verdiyi suala görə işdən azad etməyə gərək yox idi”

Məcburi köçkünlərə veriləcək aylıq müavinətin məbləği, Lavrova sual verən azərbaycanlı jurnalistin işdən azad olunması son günlər ölkədə müzakirə olunan əsas məsələlərdir. Politika.Az xəbər portalı bunu nəzərə alaraq, parlamentin insan hüquqları komitəsinin sədr müavini Yevda Abramovla söhbətləşib:

- Yevda müəllim, prezidentin imzaladığı fərmanla köçkünlərə yemək, kommunal və digər xərclər üçün ayda 36 manat veriləcək. Sizin fikrinizcə, bu məbləğ az deyilmi?

- Prezidentin imzaladığı fərmanın çox böyük əhəmiyyəti var. İnsanlara pul nağd şəkildə verilir, hərkəs də bu pulu istədiyi kimi istifadəedir. Bu qərar sosial müavinətin təyinatı üzrə xərclənməsi üçün çox böyük bir addımdır. Qərar başqa söz-söhbətlərin qarşısını alır. Bunu ərzaq kimi versən, başqa formada versən, insanlar başqa formada düşünəcək.

Məbləğin azlığına gəlincə, Azərbaycan və dünyada gedən hadisələri, mövcud reallığı nəzərə almaq lazımdır. Başqa cür də mümkün deyil axı?!  Bu gün pensiyalar artırılır, büdcədən maliyyələşən təşkilatlarda işləyən insanların maaşları artırılacaq. Bu barədə yaxın günlərdə fərman veriləcək. Digər sahələrdə də bu cür addımlar atılır. Yəqin ki, gələcəkdə bizim iqtisadi vəziyyətimiz düzəldikcə, bu məbləğ daima prezidentin diqqətində olacaq. 36 olmaz 56 olar, 56 olmaz 86 olar. Əsas odur ki, cənab president bu cür humanist addımı atıb. Fərmanın qaçqın və məcburi köçkünlərin iqtisadi durumunun yaxşılaşması baxımından çox böyük əhəmiyyəti var.

- “Lider” telekanalının Rusiya üzrə müxbiri Anar Həsənovun Xarici İşlər naziri Sergey Lavrova ünvanlandığı suala görə işdəna zad edilib. Buna münasibətiniz necədir?

- Mən jurnalistin işdən çıxarılıb-çıxarılmamasını hələ heç bir yedən dəqiqləşdirə bilməmişəm. PoladBülbüloğlu da Moskvada açıqlama verib. Məncə jurnalisti verdiyi suala görə işdən azad ediblərsə, buna gərək yox idi. Düzgün deyil, vətəndaşdır, sualını verib və bu sual cavablandırılmalıdır, burada qəbahət heçnə yoxdur. Məsələ ondadır ki, azərbaycanlı jurnalist bu sualı verməklə Rusiya xarici siyasət idarəsi rəhbərinin ürəyindəki cavabı ala bilib. Bunun nəyi pisdir? Jurnalistin işi sual verməkdir. Hazırda seçicilərimlə görüşdəyəm, bizə min cür suallar verirlər, heçkimdən incimirik. Bizim cavablarımızı da bəzən düzgün işıqlandırmayan jurnalistlər olur. İnanınki, mən onlara bunu bildirməmişəm. Bunun yalnız mən bilirəm ki, o suala belə cavab verməmişəm, ancaq jurnalist başqa cür yazıb”.

- Seçicilərlə görüşdə olduğunuzu dediniz. Şimal bölgəmizdə vəziyyət necədir?

- Azərbaycanın hər yerində insanların problem eynidir. Bütün deputatlar eyni xarakterli problemləri eşidirlər: maddi durum, ölkdə gedən bahalaşma və s. İnsanları da başa salmaq lazımdır ki, bütün bunlar öz-özünə yaranmayıb, bunun da müəyyən səbəbləri var. Dünyada neftin qiyməti aşağı düşüb, iqtisadi böhran dərinləşir. İnaqurasiyadan sonra ABŞ-da yeni dövr başlayacaq, dünyada bir sıra dəyişikliklər gözlənilir. Bunların hamısı da Azərbaycan da böyük dəyişikliklər ərəfəsindədir. Bütün bunları seçicilərə başa salmaql azımdır. Bilirsiniz, toxum səpməsən, heçnə bitməz. Seçicilərlə daim danışırıq, görüşürük. Əsas odur ki, həmişə xalqın yanında olasan, belə bir çətin vaxtda xalqdan uzaq düşməyəsən. Deputat seçildiyi yerdə olmalıdır, parlamentdə olmaqla iş bitmir. Bir insanın dərdinə şərik olmalısan. Seçildiyin ərazidəsən, bir şəxsə üzr düşübsə, iştirak etməlisən. Bu, seçicilərin xoşuna gəlir.

Politika.Az

11:11