Yerevanda etiraz aksiyaları yenidən alovlanıb

Səhər saatlarından başlayaraq Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyaları yenidən alovlanıb.

Xudaferin.eu Ermənistanın “1in.am” saytına istinadla xəbər verir ki, siyasi iğtişaşların rəhbəri, müxalifət lideri Nikol Paşinyan aksiya iştirakçılarını respublika üzrə kütləvi tətilə, dəmir yolu və hava limanları da daxil olmaqla, Ermənistanın ümumi nəqliyyat sistemini blok etməyə çağırıb.

N.Paşinyanın çağırışı ilə paytaxt küçələrinə axışan iğtişaşçılar Yerevanda "Zvartnos" hava limanına gedən avtomobil yolunu bağlayıblar. Həmçinin paytaxt istiqamətinə gedən digər alternativ yollar da etirazçılar tərəfindən bağlanıb.

Hava limanına gedən yolun açılması üçün əraziyə polis qüvvələri cəlb edilib.

Xudaferin.eu

16:08