Yerevanda atışma: Polkovnik bank yardı - VİDEO

Yerevandakı HSBS bankına silahlı hücumu təşkil edən polis polkovniki, pozuntuların qeydə alınması mərkəzinin rəisi Daniel Danielyan olub. Bununla bağlı Ermənistan polisinin KİV ilə əlaqə şöbəsinin sədri Edqar Canoyan məlumat verib. 

Xudaferin.eu xəbər verir ki, bıçaq, əl qumbarası və tapança ilə silahlanmış cinayətkar banka daxil olub, iki əməkdaşı yarayıb.

Onlardan biri hadisə yerində ölüb. Pulları götürən cinayətkar hadisə yerindən uzağa qaça bilməyib. 

“O, hadisə yerinə gələn əməliyyatçılar tərəfindən yaxalanıb. Yaxalanma zamanı cinayətkar təhlükəsizlik işçilərindən birinə xəsarət yetirib”, - Ermənistan polisinin nümayəndəsi Aşot Aqaronyan deyib.

19:28