"YERAZ" SÖZÜ BÖLÜCÜLÜKDƏN ÇOX AŞAĞILAYICI İFADƏDİR

Qubətdə yaşayan soydaşlarımız tarixi vətənlərini adətən kütləvi informasiya vasitəsindən öyrənə bilirlər. Çünki vətənə qısa müddətə gəldikləri zaman, qonaqlıqdan, yeyib-içməkdən, bir sözlə "çal çatlasından", "vur partlasından" baş acılmır. 

Bu baxımdan qürbətçilərimiz cəmiyyət içində münasibətlərdən elədə məlumatlı olmurlar...

36 il ayrılıqdan sonra tarixi vətənimə budəfəki səfərimdə ilk dəfə olaraq bir neçə ay qalası oldum... 

Əlbəttə Qarabağın işğaldan azad olunmasına, Xankəndində Azərbaycan bayrağının dalğalanmasına, işğaldan azad olunan ərazilərdə quruculuq işlərinin uğurla davam etsinə, ən nəhayət Avropanın istənilən ali təhsil ocaqları ilə rəqabətə girə biləcək Qarabağ Universitetinin fəaliyyətinə sevinməməmək mümkün deyil. 

Əlbəttə uğurlarımızla yanaşı nöqsanlarda kifayət qədərdir.. Məni ən çox maraqlandıran ölkəmizdə vətəndaş həmrəyliyi, milli birliyimizdir. Çünki bütün uğurlara milli birimiz sayəsində nail olmuşuq. 

Təssüflər olsun ki, düşmən ölkələr Azərbaycanda dayıma milli birliyimizi pozmaq üçün müxtəlif üsullara əl atıblar. Gah separatçı ocaqlar, dini bölücülük yaratmağa cəhd ediblər, gahda müxtəlif deyimlərlə millətimizi qarşı-qarşıya qoymaq istəyiblər. Var olsun millətimiz belə təxribatlara getmir, həmçinin milli təhlükəsizlik orqanlarımızda son dərəcə ayıq-sayıqdırlar... 

Ancaq və təssüf...

Bakıda taksi sürülərindən, cəmiyyətin savadsız qısmındən, iştirak etdiyim bəzi toy-düyünlərdə "YERAZ" ifadəsinə tez-tez rast gəldim. 

Toylarda tamadaların dilindən, müğənnilərin oxuduqları mahnılarda "YERAZ" ifadəli şerlərə, mahnılara rast gəldim. YouTube kanallarında isə lap dəhşətdir...

Gəlin əvvəl baxaq görək "YERAZ" nə deməkdir?...

Keçmiş Sovet dönəmində İrəvanda (Ermənistan Sovet Sosialist Respublikası) istehsal edilən mikroavtobusun markası "YERAZ-762" idi. Bu "YERAZ" adı "Yerevanski Avtomobilniy Zavod" mənasını bildirirdi. Doğrudur Ermənistan həmin maşından Azərbaycanada kifayət qədər ixrac edirdi. Bundan əlavə "YERAZ" sözü ermənicə "yuxu" mənadınıda verir...

Bəzi "tarixçilər" iddia edirlərki güya "YERAZ" sozü əslən İravandan olan azərbaycanlılar deməkdir.

 Burada bir haşiyə çıxıb sizlərə bildirim ki, mən İrəvan şəhərin və oranın azərbaycanlılqrın Bakıdan da yaxşı tanıyıram. 

İrəvanlılar Şuşalılar, Şəkililər, Ordubadlılar, Gəncəliilər, Şamaxılılar, İçərişəhərlilər qədər zəngin mətbəxə, yüksək mədəniyyətə, əsilli-nəsilli şəcərələrə malik kübar camaatdır. 

Heç bir İrəvan türkü qəbilə, məhəlli şüura xidmət edən "YERAZ" ifadəsini özlərinə sığışdırmazlar. Bunu ortaya atan yalnız dümənlərdir. 

Ölkə Rəhbəri İlham Bəy Əliyev Cənaları Qərbi Azərbaycan ziyalıları ilə görüşdə dediyi:

"Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar". 

Deməli Ölkə Rəhbəri bir daha sübut edir ki, qədim Oğuz Eli olan indiki Ermənistandan didərgin salınmış soydaşlarımız "YERAZ" deyil, Qərbi Azərbaycanlılardır.

Gəlin millətimizi bölücülüyə sürükləyən, şəxsiyyəti aşağılayan, düşmənlərimizin ortaya atdıqları "YERAZ" sözünə qarşı kəskin etiraz edəyin. Leksonumuzda bu ifadənin yer almasına qəti imkan verməməyin. 

Gürcüstanda soydaşlarımıza gürcülər "Tatrebi" deyirdilər. Bu ifadəni heç cürə gürcülərin leksikonlarından çıxartmaq mümkün olmadığını görən dönəmin islahatçı prezidenti Mixail Saakaşvili, "Tatrebi" sözünü işlədən gürcülərə qarşı cinayət məsuliyyətinə cəlb edilməsinə göstəriş verdi. Bu gün artiq "Tatrebi" sözü Gürcüstanda çoxdan unudulub. 

Təklif edirəm "YERAZ" ifadəsin istifadə edib "mahnılar" qoşub milli birliyi pozan "bəstəkarlar", "müğənnilər" çinayət məsuliyyətimə cəlb edilsinlər. 
Bu sözün aşağılayıcı olduğunu isə sadə soydaşlarımıza izah edəyin. Bir sözlə "YERAZ" sözü qadağan edilməlidir. 

Bizim hələ İrəvan, Dərbənd, başda Təbriz olmaqla Azərbaycanın Cənubu, Kərkük, Mosul kimi dərdimiz və hədəfimiz var. Bu hədəfə bölücülüyə xidmətedən "YERAZ" ifadəsi ilə deyil, milli birliyimizlə yetişə bilmərik!

Güman edirəm mənim soydaş naragatlığımı səmim qarşılayacaqsınız.

Azərbaycan müqəddəsdir! Heç kim onun birlik və bərabərliyin poza bilməz!

Yaşasın Bütöv Azərbaycan!

Elman Mustafazade 
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru .

Xudaferin.eu

12:42