"Yeni İl süfrəsi ötən illə müqayisədə iki dəfə artıq qiymətə başa gələcək. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il gəlir. Maraqlıdır, bu il orta statistik azərbyacanlıya Yeni İl süfrəsi neçəyə başa gələcək? Bəlli olduğu kimi, Yeni il ərəfəsində hökumət ölkə vətəndaşlarına subyektiv və obyektiv səbəblərdən bir çox sürprizlər etdi. Əvvəlcə idxal mallarının gömrük haqqı artırıldı, sonra təbii qazın, elektirk enerjisinin, suyun qiyməti qaldırıldı. Daha sonra isə vergi qanunvericiliyində 201 maddəyə əlavə və dəyişikliklər edildi.
İdxal mallarının gömrük haqqının və təbii qazın, elektirk enerjisinin, suyun qiymətlərinin artırılması hökumətin subyektiv səbəbləridir. Vergi qanunvericiliynə edilən 201 əlavə dəyişiklikdə isə həm subyektiv, həm də obyektiv səbəblər var. Eləcə də manatın dəyər itirməsinin həm suyektiv, həm də obyektiv səbəbləri var. Manatın dəyər itirməsində subyektiv səbəblər oliqarx məmurların ölkədən qeyri-leqal yollarla valyuta çıxarması, eyni zamanada sağlam investisiya mühitinin olmaması nəticəsində ölkədən qonşu ölkələrə valyuta axınıdır. Obyektiv səbəblər isə, məlum olduğu kimi, neftin dünya bazar qiymətinin aşağı olması, eyni zamanda ABŞ Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) dolların uçot dərəcəsinin artırılması ilə bağlı son qərarı oldu. Bu da manata təzyiqi daha da artırdı. O səbəbdən manat daha da ucuzlaşır. Bütün bu subyektiv və obyektiv təsirlərin fonunda ölkədə dollar qıtlığı yaşanır. Manatın dollar qarşısında günbəgün ucuzlaşacağı gözlənilir. Bundan əlavə, prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində təsdiq etdiyi “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə manatın üzən məzənnə rejimindən tam üzən məzənnə rejiminə keçməsi nəzərdə tutulub ki, bu da 2017-ci ildə milli valyutamızın daha da ucuzlaşmasını labüd edir. Bütün bu arqumentlər onu deməyə əsas verir ki, manatın dollar qarşısında yüksəlməsini yaxın müddətdə heç xəyal etməyə dəyməz.
Hökumətin atdığı addımlar, eyni zamanda dünyda gedən proseslər manatın gerçək dəyərini formalaşdırmağa xidmət edir. Manatın gerçək dəyərini isə zamanla müşahidə edəcəyik. Hərçənd ki, bəzi ekspertlər yaxın zamanlarda 1 dolların 2.40 manat olacağını pronozlaşdırır. Amma, zənnimizcə, manat deyilənlərdən daha ucuz olacaq. Çünki ölkədə vəziyyət daha kritikdir. Dövlət büdəsi kəskin azalıb, eləcə də Mərkəzi Bankın ehtiyatları tükənib. Hansı vəziyyət imkan verir ki, manat dollar qarşısında ucuzlaşmasın?! Manatı yaxın 1-2 ildə 90-cı illərdəki “Şirvan” (2 manat ) “Məmməd” (20 qəpik ) “Nizami” (10 qəpik) kimi tanınan pul vahidlərinin taleyi gözləyir.BAZARLARDA QİYMƏTLƏR "OD TUTUB YANIR"
Fikrimizin əvvəlində qeyd etmişdik ki, bu il Azərbyacan əhalisi üçün Yeni İl süfrəsinin neçəyə başa gəlməsi maraqlıdır. Deyə bilərsiniz ki, manatın ucuzlaması ilə Yeni İlin nə bağlılığı ola bilər? Amma manatın ucuzlaması ilə Yeni İlin yox, Yeni İl süfrəsinin bağlılığı çoxdur. Çünki ölkədəki bahalaşma fonunda bayram süfrəsi də əhaliyə baha başa gələcək. İşləyən əhalinin əməkhaqqının dəyəri yoxdur. Verilən əməkhaqqı ilə bayram bazarlığında nə almaq olar? “Yaşıl” bazarda apardığımız müşahidələr əsasında deyə bilərik ki, bazarda kartof 0.80-1.30, soğan 50, kələm 50, yerkökü 0.80-1 manat, mandarin 1-1.50, banan 2.50, şabalıd 5-7, qabıqlı qoz 10-12, qoz ləpəsi 17-25, nar 1,50-3 manat civarındadır. Əlbəttə, bayramda təkcə bu məhsullardan istifadə olunmur. Hansı ki, milli ənənəmizə görə, Yeni İldə “bayram aşı” bişirilir. Bu aşı bişirmək üçün ala biləcəyimiz “Yeni Zelandiya” yağı 10 manat, “Ankor” yağı isə 11 manatdır. Üstəlik, aşqara üçün istifadə olunan quru meyvələrin necə baha olması hər kəsə məlumdur. Beləliklə, kiçik bir ailə üçün bayram bazarlığı təxminən 150-200 manata başa gəlir. Bu isə onu deməyə əsas verir ki, keçən illə müqayisədə qiymətlər az qala iki dəfə bahalaşıb. Bəzi məhsullarda iki dəfə, bəzilərində 30-40 faiz bahalaşma müşahidə olunur. Amma baxaq, əhalinin əməkhaqqı iki dəfə artıbmı? Əhalinin əməkhaqqı ilə bazarlardakı balans qorunurmu? Ondan da əlavə, ehtiyac meyarı kimi müəyyən olunan 105 manat və yaxud ölkə üzrə 136 manat yaşayış minimumu ilə hansı bayram bazarlığını etmək olar? Onu da qeyd edək ki, “Yaşıl bazar”la “8-ci km”də yerləşən xalq arasnda “Vasmoy” bazarı kmi tanınan ticarət mərkəzində qiymətlər xeyli münasibdir. “Vasmoy” bazarında 1kq kartof 60-80, Soğan 1kq 25-30, kələm 1 kq 30, yerkökü 50 qəpik, mandarin 0.70-1, banan 2, şabalıd 3,50-4.0, nar 1-1,50, qoz 7-8, manatdır. Göründüyü kimi, bazarlarda qiymətlər “od tutub yansa da” ailə büdcəmizə daxil olan pulun həcmi artmır. Bu isə əhalinin güzəranının günbəgün ağırlaşmasına səbəb olur. Üstəlik, ərzaq məhsullarının qiymətinin artması ilə yanaşı, kommunal xidmətlərin haqqı da zaman-zaman artırılmaqdadır. Bütün bunlar isə ölkə əhalisini səfalətə sürüıkləyir...
Şamo Emin
Hurriyyet.org
P.S. Görək, Yeni İldə hökumət əhalini hansı sahədə qiymət artımı ilə “sevindirəcək. Bu, gediş haqlarında ola bilər. Çünki bunun artıq əsası qoyulub. Metroda elektrik enerjisdən istifadə olunursa, bu deməkdir ki, gecənin birində Tarif Şurası metroda gediş haqlarını da qaldıracaq. Tarif Şurası nədənsə həm qərarları gecələr qəbul etməyi, həm də əhalinin gününü “gecə kimi qara” etməyi sevir.
Yenil qabağı bazarlada qiymətlər "od tutub yanır"

10:25
Digər xəbərlər