Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

Azərbaycanda yeni gömrük-keçid məntəqəsi inşa olunacaq. 

Xudaferin.eu xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov deyib.

A.Abasov yeni gömrük buraxılış məntəqəsinin Rusiya ilə sərhəddə tikiləcəyini qeyd edib: 

“Yeni gömrük buraxılış məntəqəsi Xaçmaz Gömrük İdarəsinə aid “Xanoba” gömrük-keçid məntəqəsi olacaq. Bu məntəqədə bir tərəfin yoxlayacağı nəqliyyat vasitələri qarşı tərəfdə yoxlanılmayacaq”.

A.Abasov qeyd edib ki, artıq bu məsələ ilə bağlı komissiya yaradılıb və işlər aparılır.​

Bundan əlavə Azərbaycan-Gürcüstan sərhəddində yeni sərhəd keçid məntəqəsi tikiləcək. A. Abas­ov deyib ki, tikiləcək yeni sərhəd keçid məntəqəsi Ağstafanın Sadıxlı kənd ərazisində olacaq:

“İnşa ediləcək yeni məntəqə bütün xidmətləri əhatə edəcək. Oradan həm piyada, həm minik, həm də yük avtomobillər üçün keçid olacaq.

Bu məntəqənin tikilməsi gələcəkdə Azərbaycanla Gürcüstan arasında yerləşən “Sınıq körpü” sərhəd keçid məntəqəsində yaranan sıxlığı 40 faiz aradan qaldıracaq”.

01:26