Yeni döyüş təyyarələri, 8 milyard dollarlıq saziş... - 72 ədəd “F-15”

Qonşuları tərəfindən təcrid olunan Qətər hökuməti silahlanmanı davam etdirir.

Xudaferin.eu-nun məlumatına görə, Qətərlə Böyük Britaniya arasında 24 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsi almaq üçün müqavilə imzalanıb. 8 milyard dollar dəyərində olan sazişi Qətərin Müdafiə naziri imzalayıb.

İki ölkə arasında döyüş təyyarələrinin satışından əlavə, birgə əməliyyat keçirmək də planlaşdırılır. Bu addım isə bölgədə ilkdir. Bu, hər iki ölkənin pilot və texniklərinin hər an müharibəyə hazır olmalarını təmin edən bütün hava əməliyyatlarını əhatə edir. Eyni zamanda, 2022-ci il Dünya Kubokunun təşkilatçılığı zamanı hava təhlükəsizliyini təmin etmək də planlaşdırılır.

Qeyd edək ki, Qətər ötən həftə Fransadan milyardlarla dollarlıq döyüş təyyarələri alacağını açıqlamışdı. Ümumi həcmi 12 milyard avro olan müqavilədə, 12 ədəd “Rafale” döyüş təyyarəsinin alınması, eyni zamanda daha 36 ədəd o tip döyüş təyyarəsi almağı əhatə edir. Bundan əlavə, 490 ədəd zirehli hərbi maşın almaq da gündəmdədir.

Xatırladaq ki, bu iliyunun 5-də Səudiyyə Ərəbistanı başda olmaqla, bir çox ərəb ölkəsi terrora dəstək verdiyi ittihamı ilə Qətərə embarqo tətbiq edib. Bundan 10 gün sonra Qətər ABŞ-dan yeni döyüş təyyarələrini almaq barədə razılığa gəlib. Amerika mediasında bildirilib ki, 12 milyard dollar ödəyəcək Qətər, bunun qarşılığında 72 ədəd “F-15” döyüş təyyarəsini alacaq.

Xudaferin.eu

21:40