Yarım əsrlik islahatların nəticəsi— Nazirlərimiz əslən haralıdır?

“Xudafərin” jurnalının yeni əməkdaşı Tural Aslanlı araşdırma apardıqdan sonra məlum olmuşdur ki, Prezident aparatının bütün heyəti əslən naxçıvanlı və ermənistanlılardan ibarətdir.

 

Nazirlər Kabinetinin yeni heyətində təmsil olunan nazirlərin əslən hansı bölgədən olmaları ilə bağlı arayışı isə oxuyucularımızın ixtiyarına veririk. Özünüz oxuyun və düşünün...

Qeyd edək ki, bu məlumat nazirlər barəsindəki  “Xudafərin” dərgisinin əməkdaşı Tural Aslanlının araşdırmasıdır.
 

 

Baş nazir Artur Rəsizadə əslən Naxçıvanlı olsa da, Gəncə şəhərində doğulub.

 

Baş nazirin birinci müavini Yaqub Eyyubovun doğum yeri kimi Bakı şəhəri olsa da, əslən ermənistanlıdır.

 

Baş nazirin müavini Abid Şərifov əslən Şəkidəndir.

Baş nazirin müavini Elçin Əfəndiyev isə əslən Füzuli rayonundandır. Xalq yazıçısı İlyas Əfəndiyevin oğludur.

 

Baş nazirin müavini Əli Əhmədov Ermənistan Respublikası Basarkeçər rayonunun Dərə kəndində anadan olub.

 

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olsa da, əslən qərbi Azərbaycandan gəlmədir.


 

Baş nazirin müavini İsmət Abasov İrəvanda anadan olub, Ermənistandandir.

Daxili işlər naziri Ramil Usubov əslən indiki Ermənistanın Dərələz mahalından olsa da,  Xocalıda doğulub.


 

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov isə əslən Qubadandır.

 

Energetika naziri Natiq Əliyev Bakıda anadan olsa da, əslən  Naxçıvandandır.

Ədliyyə naziri Fikrət Məmmədov Bakıda anadan olub, anası Ermənistanlıdır.

 

Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov Ağsunun Pirhəsənli kəndində anadan olsa da, əslən Ermənistandandır..

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naxçıvan MR-in Babək rayonunun Çeşməbasar kəndində anadan olub. Deputat Fəttah Heydərovun oğludur.

 

Gənclər və idman naziri Azad Rəhimov da Bakıda anadan olub. ( Soy kökünü araşdırmaq mümkün olmadı)

 

Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda anadan olsa da, ata tərəfdən əslən Naxçıvanlıdır…

 

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Ermənistanın Barana (Noyemberyan) rayonunda anadan olub.

 

Kənd təsərrüfatı naziri Heydər Əsədov da indiki Ermənistandandır.

Maliyyə naziri Samir Şərifovun tərcümeyi- halında doğum yeri göstərilməyib.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əslən Abşeronun Fatmayi kəndindəndir.

 

Milli təhlükəsizlik naziri Eldar Mahmudov Bakıda anadan olsa da, əslən naxçıvalıdır.

 

Müdafiə naziri Zakir Həsənov Astara rayonunda anadan olsa da, əslən Ermenistandandir.

Müdafiə sənayesi naziri Yavər Camalov Sabirabad rayonunu Çölbeşdəli kəndində anadan olub, əslən Ermənistanlıdır..

 

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov Ucar rayonunun Qaziqumlaq kəndində doğulsa da, əslən Ermənistandandır.

 

Rabitə və informasiya texnologiyalarının keçmiş naziri Əli Abbasov Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundandır.

 

Səhiyyə naziri Oqtay Şirəliyev Bakıda anadan olub. (Soy kökünü araşdırmaq mümkün olmadı)

 

Təhsil Naziri Mikayıl Cabbarov Gəncədə doğulsa da, əslən Ermənistandandır

Vergilər naziri Fazil Mәmmәdov Şamaxıda doğulsa da, əslən şəmkirlidir.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova əslən Qubadlı rayonundandır, Azərbaycanda bir çox mühüm dövlət vəziflərində çalışmış Kamran Hüseynovun qızıdır.

 

Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov əslən Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Mübariz Qurbanlı əslən Naxçıvanlıdır.

 

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Bakı şəhərində anadan olub.

 

Dövlət Statistika Komitəsini sədri Arif Vəliyev Ağstafa rayonunun Həsənsu kəndində anadan olub.

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Bakı doğumludur.

 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov əslən Ermənistanın Amasya rayonunun Yeniyol kəndindəndir.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov əslən cəlilabadlıdır.

 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı Bakıda anadan olub.

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov əslən Gürcüstan Respublikasının Marneuli şəhərindəndir.

 

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev əslən Ermənistanın Dərələz mahalında anadan olub.

 

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Fuad Quliyevin rəsmi tərcümeyi-halları məxvi saxlanılsa da, onların Naxçıvanlı olduğu bilinir.

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov Naxçıvan şəhərində anadan olub.

 

Budur cağdaş Azərbaycan... Bu Respublikanın qurucuları, Azərbaycanın sabahından yəqin qəbr evində belə narahatdırlar...

 

P.S.

Xatırladaq ki, yuxarıda adları sadalananların əksəriyyəti kürd və qaraçı kökənli qəbilə təfəkkürlü məmurlardır.

Tural Aslanlı, Xüsusi olaraq “Xudafərin” jurnalı üçün.

11:31