Yarım saat ərzində işğal ediləcəkdi –Müharibə planını ortaya çıxdı - FOTOFAKT

Xarici dünyaya qapalı olması səbəbilə "sirli ölkə" adlandırılan Koreya Xalq Demokratik Respublikasından (KXDR) çəkilən yeni peyk şəkilləri ölkə lideri Kim Çen İnın planını ifşa edib.

Cənubi Koreya sərhədinə çox yaxın bir bölgədə yerləşən Yongbong-Ni hərbi obyektindən çəkilən peyk görüntüləri bölgənin Şimali Koreyanın cənub qonşusuna hücumu üçün yenidən dizayn edildiyini üzə çıxarıb.

 

Böyük Britaniyanın əldə etdiyi görüntülər 2017-ci ilin dekabrında çəkilib. Bölgədə Şimali Koreya ordusunun xüsusi təyinatlı birliklərinin yerləşdiyi bildirilir. Məlumata görə, bu birliklər yarım saat ərzində Cənubi Koreyaya hücum imkanına sahibdirlər.

Lakin bu peykdən çəkilən fotoşəkillərə üzə çıxan ilk sirr deyil. Kommunist Partiyasının ciddi nəzarəti altında olan və xarici dünya ilə az qala təcrid olunmuş vəziyyətdə yaşayan Şimali Koreyanın sirr kimi saxladığı hərbi obyektlər peyklər və digər yüksək texnologiya sayəsində zaman-zaman ortaya çıxır.

publika.az

17:07