Yaponiyalı tədqiqatçılar ölkə ərazisindəki ən qədim daşları tapıblar

Yaponiyanın tədqiqatçılar qrupu ölkə ərazisində ən qədim tarixə malik daşları aşkar etdiklərini bildirib.

Xudaferin.eu yerli KİV-ə istinadla xəbər verir ki, təqribən 2,5 milyard yaşı olan bu daşlar yapon adalarının formalaşmasını tədqiq etməyə şərait yaradacaq.

Hiroşima Universitetinin dosenti Yasutaka Hayasakanın rəhbərlik etdiyi qrupun üzvləri öz tapıntıları barədə martın 25-də məlumat veriblər.

Həmin daşların 2017-ci ildə Yaponiyanın qərbində yerləşən Şimane prefekturasında iki yerdə aşkar edildiyi bildirilir. Tədqiqatçıların qənaətinə görə, həmin daşlar təqribən 2,5 milyard il əvvəl daşlamış maqmadan əmələ gəliblər.

Buna qədər olan rekordun 1970-ci ildə Qifu prefekturasında tapılan və 2 milyard yaşı olan daşa məxsus olduğu bildirilir.

Xudaferin.eu

13:26