Yaponiyada vergi islahatı: Şirkətlərə əlavə güzəştlər veriləcək

 

Yaponiya hökuməti 2018-ci ildə həyata keçirməyi planlaşdırdığı vergi islahatları layihəsində şirkətlər üçün bir sıra güzəştlər nəzərdə tutub. Dövlət əməkhaqqının artımını və idarəetmədə kadrların gəncləşdirilməsi prosesinin sürətləndirilməsini stimullaşdırmaq niyyətindədir. Bununla yanaşı, vergilərin azaldılması işçilərin əməkhaqqını əsaslı şəkildə artıran şirkətlər üçün nəzərdə tutulur.

2015-ci ildə Yaponiyada işçilərin əməkhaqqının artırılması məqsədilə şirkətlərə 2,43 milyard dollar vergi subsidiyası verilsə də, o vaxtdan bəri əməkhaqqında ciddi artım olmayıb. Vergi islahatında gənc işçi qüvvəsinin idarə etdiyi kiçik və orta müəssisələr üçün də müəyyən güzəştlər nəzərdə tutulub. Hökumətin mövqeyinə görə, belə bir addımın atılması yaşlı nəslin təsis etdiyi və hazırda bağlanmaq ehtimalı olan şirkətlərin fəaliyyətini davam etdirməsinə şərait yaradacaq. Gözlənilir ki, vergi islahatı həyata keçiriləndən sonra Yaponiyada korporativ verginin dərəcəsi 29,75 faiz təşkil edəcək.

Xudaferin.eu

"Uzaq Doğu Bürosu"

 

09:43