Yaponiyada Tatar Dilinin tədrisinə başlanıldı

Gündoğar ölkənin Tsukuba Universitetində “TATAR DİLİ” kafedrası açılmışdır. Bu fakültənin müdiri Midzuki Nakamura açıqlama verərək bildirmişdir ki: “Çox yaxında Türk dilləri arasında ən çox yayğın olan Anadolu, Özbək, Qazax, Uyğur və Azərbaycan Türkcəsində də fakültələr açılacaqdır. İndikilik Tatar Türkcəsinə yol açdıq. Etnoloji və geneloji baxımdan Yapon dili də Türk dilləri ailəsinin tərkib hissəsidir. Dilçilikdə buna İLTİSAQİ DİL deyilir. Biz universitetimizdə bu yöndə açılacaq fakültələrdə sadəcə dil öyərətimini deyil, eyni zamanda ədəbiyyat, tarix və kültür sahəsini də tədris edəcəyik.”

Tatarstanda tanınmış blogger Azat Kaşapov “XUDAFERİN.EU”-ya veridiyi açıqlamada onu da bildirdi ki, Tatarstan və Yaponiya arasında 2015-ci ildə imzalanmış anlaşmaya görə, qarşılıqlı şəkildə yerli universitetlərdə Yapon və Tatar dilləri tədris olunacaqdır.  
Qeyd edək ki, dünyanın işlək dilləri siyahısına TÜRK dilinin salınmasına qarşı elə ən çox sərt şəkildə təpki göstərən adını Türk dövləti qoymuş ölkələrdir. Bunun örnəyini elə Azərbaycan Respublikasında tapmaq çətin deyil. Bu ölkənin Milli Məclisində Anadolu Türkcəsində televiziya və radio kanallarında filmlərin, proqramların nümayiş etdirilməsi tamamilə yasaq edilib. Belə bir acınacaqlı durum Özbəkistan, Qazaxıstan, Qırğızstan və  Türkmənistanda da yaşanılmaqdadır. Hətta ortaq Türkcədə yazan şairləri, yazarları və mətbuat işçilərini belə qınayan siyasətlər də sürdürülür. Hətta adını “ay aman dilimiz özgə dillər arasında itib-batacaq” deyə bağıranlar da vardır. Halbuki, Azərbaycanda fransız, ingilis, alman, ərəb, fars, rus, italyan, ispan, çin, portuqal və başqa dillərin çiçəklənməsi üçün geniş şəkildə münbit şərait yaradılmışdır. Guya bu dillər dünyanın ən çox işlək dilləridir. Türk Dünyası Ailəsində bu gün 400 milyondan çox insan bu dildə danışırsa, nədən bu TÜRK dili ortaq bir hədəflə dünyanın işlək dilinə çevrilməsin? BMT və dünyanın başqa uluslararası qurumlarının sənədlərinin Türk dilində olması şərtlərini biz ortaya qoya bilərik. Ancaq, bütün bunlardan yoxsunuq (məhrum). Sayları dünyada 10 milyona yaxın olan fars dilinin “işlək dil” kimi qəbul edilməsindən utanmırsınızmı? Bu gün YAPONİYA örnəyinə dəyər verilməyincə bizlər bəşəri anlamda hər hansı uğurlara da imza ata bilməyəcəyik. Azərbaycanın, eləcə də Türk Dünyasının tək şorunu da budur.

Xudaferin.eu
Tatarstan, “Kazan Bürosu”

 

11:11