Yaponiyada Quzey Kore raketlərinə qarşı ilk dəfə “Patriot”lardan istifadə olunmaqla təlimlər keçirilib
Yaponiyanın Aiçi prefekturasında yerləşən “Komaki” hərbi bazasında Quzey Korenin raketlərinə qarşı ilk dəfə “Patriot” (PAC-3) komplekslərindən istifadə olunmaqla təlimlər keçirilib.
NHK telekanalının yaydığı məlumata görə, kompleksin hazır vəziyyətə gətirilməsinə təqribən bir saat vaxt sərf olunub. Budəfəki təlimlər zamanı kompleksdən birbaşa istifadə edilməyib. Belə təlimlərin daha iki hərbi bazada keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyindən bildirilib ki, təlimlərin keçirilməsində məqsəd Quzey Kore tərəfindən artan raket buraxılışlarına qarşı hazırlıq tədbirlərinin görülməsidir. Hansı ki, həmin raketlərdən bir neçəsi Yaponiyaya məxsus iqtisadi zonada, ölkə ərazisindən bir neçə yüz kilometr məsafədə dənizə düşüb.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”
09:40
Digər xəbərlər