Yaponiyada Karatsu Kunçi festivalı keçirilib

 

Yaponiyanın Saqa prefekturasında ənənəvi Karatsu Kunçi festivalı keçirilib.

Yaponiyanın qərbində keçirilən və YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən ənənəvi payız festivalı noyabrın 3-də özünün kuliminasiya nöqtəsinə çatıb.

Üç gün davam edən bayramın ikinci günü iştirakçılar ənənəvi yanğınsöndürən geyimlərində 14 arabanı bütün şəhər boyu gəzdiriblər. Cümə günü “Akazisi” və ya “Qırmızı şir” adlanan ilk araba Karatsu məbədindən səhər 9:30-da çıxaraq şəhəri dolanmağa başlayıb. Onun ardınca “Döyüşçü dəbilqəsi”, “Balıq” və “Əjdaha” adlı arabalar da bir-birinin ardınca dəstəyə qoşulublar.

Festival iştirakçıları bu arabaları şəhərin məhəllələrində fleyta, zəng və baraban alətlərinin sədaları altında dolandırıblar. Festival çoxsaylı şəhər sakinləri və qonaqlar tərəfindən böyük maraq və alqış sədaları ilə qarşılanıb.

Xudaferin.eu

"Uzaq Doğu Bürosu"

 

09:54