Yaponiyada helikopter qəzaya uğrayıb: Ölənlər var

Xilasedicilər Yaponiyanın Naqano prefekturasında qəzaya uğrayan helikopterin qalıqları altından altı nəfərin cəsədini çıxarıblar.  

Xudaferin.eu xəbər verir ki, bu barədə TASS yerli polisə istinadən məlumat yayıb. 

Helikopterin göyərtəsində olan daha üç nəfərin cəsədi bu ərəfədə aşkar edilib. 

Naqano prefekturasının xilasedici xidmətinə məxsus “Bell 412” helikopteri martın 5-də təlim uçuşu zamanı qəzaya uğrayıb. Hadisənin səbəbləri araşdırılır.  

Xudaferin.eu

11:21