Yaponiya metan hidratından təbii qaz hasilatını bərpa edib
Yapon tədqiqatçılar dənizin dibindən metan hidratı çıxarılmasını bərpa ediblər.
Yaponiya dənizin dərinliyində, buz şəklində yerləşən böyük təbii qaz ehtiyatlarına malikdir. Hökumətin rəsmi dairələri metan hidratından daxili enerji mənbəyi kimi istifadə olunmasına çalışırlar. Ötən ay Təbii Ehtiyatlar və Enerji İdarəsinin tədqiqatçıları Sakit okeanın Yaponiyanın mərkəzi hissəsinə yaxın sahillərində dənizin dibindən çıxarılmış metan hidratından təbii qaz alınmasına nail olmuşdular. Lakin mayın 15-də qazı yuxarı qaldırmalı olan borular çoxlu miqdarda qum ilə dolduqdan sonra yoxlama hasilatı müvəqqəti olaraq dayandırılmışdı.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”
09:51
Digər xəbərlər