Yaponiya ABŞ təyyarələrinin uçuşuna qarşı çıxdı

Okinava rəhbərliyi dünən keçirilən təlim zamanı qırıcının qəzaya uğraması hadisəsinin araşdırılması səbəbindən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 təyyarələrinin uçuşlarının dayandırılmasını tələb edib. 

Xudaferin.eu TASS agentliyinə istinadla xəbər verir ki, bu bəyanat ABŞ Silahlı Qüvvələrinin yerli komandalığına təqdim olunub. 

Bundan əvvəl Yaponiya müdafiə naziri İtsunori Onodera ABŞ tərəfindən gələcək insidentlərə qarşı tədbirlər görməyi tələb edib. Tokioda jurnalistlər qarşısına çıxan nazir deyib ki, Yaponiyadakı ABŞ Silahlı Qüvvələrinin komandanlığına müvafiq təqdimat göndərilib. 

ABŞ HHQ-nə məxsus F-15 qırıcısı bazar günü Okinava adasının cənub hissəsində qəzaya uğrayıb. Katapult edən pilot Yaponiya əsgərləri tərəfindən xilas edilib. 

Xudaferin.eu

14:37