Yapon şirkətləri özü idarəolunan yük gəmiləri üzərində işləyirlər

 

Yaponiyanın “Mitsui OSK Lines”, “Nippon Yusen” və “Japan Marine United” gəmiqayırma kompaniyaları özü idarəolunan yük gəmilərinin yaradılması üzrə miqyaslı layihə üzərində işlədiklərini elan ediblər.

Həmin gəmidə quraşdırılan süni intellektlə təchiz olunmuş avadanlıqlar ən qısa, rahat və təhlükəsiz marşrutu seçməyə imkan verəcək. Süni intellekt, həmçinin dəniz qəzalarından yayınmağa da kömək edəcək. Layihənin müəllifləri bu gəmiləri 2025-ci ildə istismara buraxmağı planlaşdırır. Ümumilikdə 250 ədəd özü idarəolunan gəminin tikilməsi nəzərdə tutulur. Layihə yüz milyonlarla dollar həcmində qiymətləndirilir. Özü idarəolunan ilk gəmiləri yenə də azsaylı texniki heyət müşayiət edəcək. Lakin gələcəkdə belə gəmilər tam avtonom rejimdə işləyəcək.

Qeyd edək ki, “Rolls-Royce” kompaniyası da 2016-cı ildə özü idarəolunan gəmilərin yaradılması barədə planlarını elan etmişdi. Kompaniyanın gəmiləri 2020-ci ildə dəniz marşrutlarında fəaliyyət göstərməlidir.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

09:25