YAP nümayəndə heyəti Asiya-Avropa Siyasi Forumunun 4-cü iclasında iştirak edib
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti iyunun 10-12-də Çex Respublikasının Praqa şəhərində keçirilən Asiya-Avropa Siyasi Forumunun (AEPF) 4-cü iclasında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) və Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar (ECR) Qrupu tərəfindən təşkil olunan tədbirə qatılan YAP nümayəndə heyətinə Partiyanın İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyəti sədrinin müavini Elşad Mirbəşiroğlu və YAP Mərkəzi Aparatının əməkdaşı Hülya Məmmədli daxildir.
AEPF-nin 4-cü iclasının “Koronavirus – Avropa və Asiyada öyrənilən dərslər” adlı birinci panel iclasında əsas məruzəçi kimi çıxış edən YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanın uğurlu təcrübəsindən geniş bəhs edərək, Prezident İlham Əliyevin pandemiya ilə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi və vaksinlərin ölkələr üzrə ədalətli bölgüsü kimi məsələlərə dair qlobal təşəbbüslərinin BMT və Qoşulmama Hərəkatı başda olmaqla, dünya ictimaiyyəti tərəfindən ən yüksək səviyyədə dəstəkləndiyini, həmçinin, Azərbaycanın pandemiya ilə mübarizə çərçivəsində 80-dən çox ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə humanitar yardımlar göstərdiyini vurğulayıb.
AEPF-nin iclası çərçivəsində keçirilən Beyin Mərkəzləri Sammitində çıxış edən Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyəti sədrinin müavini Elşad Mirbəşiroğlu Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyəti, nəşrləri, beynəlxalq əməkdaşlığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
YAP nümayəndə heyəti, həmçinin AEPF iclası çərçivəsində keçirilən ICAPP Daimi Komitəsinin 37-ci iclasında da iştirak edib. İclasda ICAPP Daimi Komitəsinin fəaliyyətinə nəzər salınıb, 2022-ci ilin ikinci yarısı üçün tədbirlər planı müzakirə olunub.
Qeyd edək ki, 3 gün davam edən toplantının açılış mərasiminə xüsusi qonaq qismində qatılan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da geniş məruzə ilə çıxış edib. Nazir beynəlxalq münasibətlər sistemində yaranmış gərginlik, bu gərginliyin azaldılması istiqamətində Türkiyənin apardığı barışcıl və pozitiv siyasətdən danışıb, Asiya ilə Avropanı birləşdirən Azərbaycanın geosiyasi əhəmiyyətini vurğulayıb.

Pərvanə Qarayeva
Xudaferin.eu
16:44
Digər xəbərlər